Qrafik dizayn müasir qablaşdırma istehsalının ayrılmaz hissəsidir.Qablaşdırma dizaynları məhsulun markalanması, rəf cəlbediciliyi, funksionallıq və məhsulun qorunması kimi amilləri nəzərə alınaraq yaradılır. Onlar estetika, mətbəə və struktur dizaynı birləşdirərək vizual olaraq diqqəti çəkən və funksional qablaşdırma həlləridir.
Fin-Plast İnternational dizayn komandası öncəliklə müştərinin istəyinə uyğun sifarişi hazırlayır.Müştərinin xəyal etdiyi dizaynın ilk eskizi çıxarılır,qarşı tərəfdən hər hansısa bir dəyişiklik və ya əlavə stəyi olarsa bu tələbə uyğun son düzəlişlər edilir.Təstiqlənmiş dizayna məhsul barədə məlumatlar əlavə olunur.Sonra çapa hazırlanmaq üçün rəngayırma mərhələsinə keçilir.Bu işin son dərəcə diqqət və məsuliyyət tələb edən mərhələsidir.Bütün bu proseslər bitdikdən sonra hazır dizaynın qəlibi hazirlanır və sonda hazır qəlib çapa yola alınır.
Mövzu müştərilərin xəyal etdiyi çapı məhsulun üzərində görməkdirsə illərin təcrübəsinə sahib olan Fin-Plast İnternational qrafik-dizayn komandası əsl yaradıcı güc qaynağıdır.Biz bilirik ki, xətasız məhsul keyfiyyətli qəlib və zövqlü dizayndan asılıdır.
Bu sahədə dərin təcrübəmiz hər bir müştərinin tələblərinə ayrı-ayrı uyğunlaşmamız, maliyyə üstünlükləri və ən önəmlisi çevrə dostu fikirlərimizlə sizlərin yanındayıq.
Bazarın ən tanınmış və məşhur markalarına ən canlı rənglərlə çap xidməti təklif edirik.Belə ki, Avropanın ən tanınmış marakalarının istehsalı olan 8 rəngli çap maşınları ilə biz mat,parlaq, mat-parlaq, kağız effektli qablaşdırmaların istehsalını həyata keçiririk.
Sadə solventsiz və ya solventli işləmlərlə yanaşı xarici təsirlərə davamlı 3 qatlı laminasiyalı məhsullar istehsalı ilə məşğuluq.Müxtəlif növ laminasiya filmləri- PET,OPP,CPP,folioalüminium,PE, kağız istehsalı müəssisəmizdə mövcuddur.
Müştərilərin tələb etdiyi özəlliklərin tam-tamına gerçəkləşdirilməsini qarantiyalamaq üçün bütün məhsullarımız, istehsalın hər mərhələsində tez-tez və dəqiqliklə keyfiyyət nəzarət yoxlanışından keçir.
Sifariş olunan məhsullar müştəriyə təslim edilməzdən əvvəl son mərhələsi dilimləmədir. Belə ki, hazır məhsul lazımi ölçülərə görə dilimlənir, qablaşdırılır və çatdırılmaq üzrə yola düşür.
Müəssisəmizdə müxtəlif növ yüksək keyfiyyətli paketlər istehsal olunur. Qulplu, qulpsuz, təxviyyə (isti yapışqanlı qulplu, soyuq yapışqanlı) paketlər, altdan körüklü, körüksüz, mat və parlaq çaplı, yapışqanla bağlanan və s. paketlər istehsal edirik.
Müştərilərimizin istəyinə uyğun olaraq Incoterms 2020 şərtlərinə uyğun olaraq çatdırılma həyata keçirilir.