Şirkət haqqında

Azərbaycanın qabaqcıl çap, qablaşdırma və polietilen paketlərin istehsalçısı “Finplast” şirkəti, 1998-ci ildə Sumqayıt şəhərində qurulmuş və keçmiş 20 il içərisində çox fərqli sahələrdə istehsal fəaliyyətini genişləndirmişdir. Müəssisəmiz qida paketləri, polietilen örtüklər, polietilen kisələr, və müxtəlif polietilen məmulatlar daxil olmaqla, ölkəmizdə müştərilərə xidmət edən istehsalçı şirkətdir.

“Finplast” şirkəti innovasiya, texnologiya və davamlılıq sahələrində yeniliklər, təşəbbüskarlıq, cəsarət, bilik və tərəqqilik ehtirası ilə dünya standartlarını qabaqcıl şəkildə dəstəkləyərək lider olmaq adına sizin üçün istehsal olunan məhsulların keyfiyyətinə tam zəmanət verir. Aldığımız hər addımda birinci sinif nəticələri hədəf alırıq. Bu yanaşma liderliyimiz üçün qətiyyətimizin əsasını təşkil edir.

Sifarişin qəbulu

Sifarişi qəbul etdiyimiz zaman sifarişin dəqiqliyinin yoxlanılması və yeni ideyaların təklifi üçün müştərilərlə birbaşa əlaqə yaradıb onlara təklifimizi çatdırırıq. Bütün sifarişlərə ən qısa müddətdə cavab verə bilən işçi heyətimizin professionallığı müştəriyə olan xidmətimizin yüksək göstəricisidir. Bütün çap istehsalının hər bir detallarını müştəri ilə razılaşdıqdan sonra sifarişi qəbul edirik.

Keyfiyyət

Yüksək keyfiyyətli xammal, alman istehsalı olan boyalar və ən müassir avadanlıqlarımız ilə çap olunan məhsulların keyfiyyətinə tam zəmanət veririk. Məhsulun istehsalı zamanı avtomatlaşdırılmış istehsal zənciri stabil yüksək keyfiyyəti saxlamağa imkan verir. Keyfiyyətə nəzarət bizim ən vacib öhdəliklərimizdən birincisidir. Biz etdiyimizi sevirik və hər zaman öndə olmağı üstün tuturuq.

Dizayn

Sifarişin qəbulu zamanı təmsil etdiyiniz firmanın logotipini təqdim etməlisiniz. Əgər sizing logotip və ya digər şəkil formasını təqdim etməyə imkanınız yoxdursa, tirajdan asılı olmayaraq biz sizə böyük məmnuniyyətlə öz diyazn və təkliflərimizi edə bilərik..

Çatdırılma

Biz sərhəd tanımırıq…
İstehsal olunan məhsulların ölkə daxili və ölkədən qırağa çatdırılmasını təmin etmək üçün sizə hər bir köməklik edə bilərik. Əgər sizin partnyor olduğunuz logistika şirkəti varsa biz sizing məhsulunuzu onların avtoparkına ödənişsiz çatdıra bilərik.
Çatdırılma zamanı baş verən fors major hallarında bütün öhdəlikləri öz üzərimizə götürürük.
Keyfiyyətli məhsul, orjinal dizayn və professional işçi heyəti ilə şirkətimiz sizing xidmətinizdə hazırdır.